General-leytenant Elçin Quliyevə hansı suallar veriləcək?

General-leytenant Elçin Quliyevə hansı suallar veriləcək?

Aprelin 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Cəlilabad, İmişli, Biləsuvar, Neftçala rayon sakinlərini qəbul edəcək. DSX-dan SİA-ya verilən məlumata görə, qəbul Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən Göytəpə Sərhəd Dəstəsinin qərargahında təşkil olunacaq.

Qəbulda iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 20-dək Dövlət Sərhəd Xidmətinin (www.dsx.gov.az) rəsmi saytında yerləşdirsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə