Baş prokuror Ağstafada qərb rayonlarının sakinləri ilə görüşüb

Baş prokuror Ağstafada qərb rayonlarının sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov aprelin 5-də Ağstafa Rayon Prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşüb.

Xəbər verilir ki, görüşdən əvvəl mətbuata açıqlama verən Baş prokuror Z.Qaralov deyib ki, belə görüşlərin keçirilməsi bölgə əhalisinin problemlərinin, rəylərinin və təkliflərinin öyrənilməsinə və onların operativ həllinə xidmət edir. Rayon əhalisinin problemləri yerindəcə öyrənilir və onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Görüşdə Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından 100-dən çox sakin iştirak edib.

Baş prokuror vətəndaşların müraciətlərini, rəy və təkliflərini dinləyib. Sakinləri narahat edən bəzi problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə