Fuad Muradov Şirvanda gənclərlə görüşüb

Fuad Muradov Şirvanda gənclərlə görüşüb

Millət vəkili Fuad Muradov Şirvanda gənclərlə görüşüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün günün ikinci yarısı millət vəkili Fuad Muradov Şirvan şəhərinə səfəri çərçivəsində Heydər Əliyev mərkəzində fəal gənclərlə görüş keçirib.

Millət vəkili gənclərlə fikir mübadiləsi edərək onları maraqlandıran, narahat edən məsələlər barəsində düşüncələrini paylaşıb. Şirvanda gənclər təşkilatlarının fəaliyyəti ilə maraqlanan millət vəkili gənclərin asudə vaxtlarının təşkili, sosial şəbəkələrdə aktivliyin artırılması və dövlətimizin eləcə də Ümummilli liderimiz Heydər Əliyevin həmçinin prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti barədə ətraflı məlumat verib. Şirvan şəhər gənclər və idman idarəsinin rəisi Azər Quliyev görüşdə Şirvanlı gənclərin fəaliyyətləri, prespektivləri və gələcəyə inamla baxışları barəsində qonaqlara ətraflı məlumat verib. İdarə rəisi gənclər və idman idarəsinin gənclərlə bağlı keçirdiyi tədbirlərdən ətraflı məlumat verərək görüləcək işlərdən də danışıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə