Nəsimi RİH: "Məqalədə dərc olunanlar əsassızdır"

Nəsimi RİH: "Məqalədə dərc olunanlar əsassızdır"

Bəzi kütləvi informasiya vasitələrində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının S.Rüstəm küçəsi ilə digər küçənin kəsişməsində yerləşən evlərin qarşısında yaşıllıq zolağının dağıdaraq özünə şəxsi ofis binası tikdirmək istəməsi, 02.04.2013-cü il tarixdə qeyd olunan ərazinin hasara alınmasına cəhd göstərilməsi barədə 35 sakinin şikayət ərizəsi dərc olunub.

Rayon İcra Hakimiyyətindən SİA-ya bildirilib ki, sözügedən məqalədə dərc olunanlar əsassızdır, İcra Hakimiyyəti başçısına yönələn qərəzli mövqeyin nəticəsidir.

Qeyd olunan ərazidə nə park, nə də yaşıllıq zolağı mövcud olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə