Nazirlik elan verdi

Nəqliyyat Naziri Ziya Məmmədov aprelin 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, saat 11:00-da Quba şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 09-10 aprel 2013-cü il tarixlərində nazirliyin rayonlar üzrə müvafiq strukturlarında aparılacaq.
Vətəndaşlardan xahiş olunur ki, əlavə məlumat almaq üçün nazirliyin yuxarıda adı çəkilən rayonlar üzrə müvafiq strukturlarına müraciət etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə