Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə yeni təyin olunmuş xanım Larisa Leşçenkonu qəbul edib. SİA xəbər verir ki, son illər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət, respublika iqtisadiyyatının sürətli inkişafı, eləcə də Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat-yol kompleksində aparılan islahatlar barədə qonaqlara məlumat verən cənab Z. Məmmədov, həmçinin Dünya Bankı ilə birgə həyata keçirilən layihələr barədə də danışıb.
Görüş zamanı Böyük İpək Yolu çərçivəsində, cənub istiqamətində, xüsusi ilə Bakı – Şamaxı istiqamətində aparılan işlər də müzakirə mövzusu olub. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsinin mövcud icra vəziyyəti haqqında geniş müzakirələr aparılıb. Hər iki tərəf gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB