Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Əli Məsimli rəqəmləri toplamağa və Hesablama Palatasının fəaliyyətinin nə dərəcədə sərfəli olduğunu müəyyənləşdirməyə çalışıb. SİA-nın məlumatına görə, o çıxışı zamanı bildirib ki, 2012-ci il ərzində qurumun büdcəsi 2,9 milyon manat olub.
"Bunun müqabilində nə qədər vəsait dövlət büdcəsinə qaytarılıb?", – deyə sual verən Əli Məsimli hesab edir ki, şərait yaradılsa Hesablama Palatası bundan qat-qat artıq, on milyonlarla manat vəsaiti büdcəyə qaytara bilər".
Millət vəkili Vahid Əhmədov da hesabatla bağlı bəzi iradlarını bildirib. O, Hesablama Palatasını ölkədə icra olunan iri infrastruktur layihələrini də nəzarətə götürməsini təklif edib.
Hesablama Palatasının səlahiyyətləri və bu quruma hansısa təzyiqlərlə bağlı Zahid Orucun dediklərinə cavab olaraq Oqtay Əsədov bildirib ki, heç kim Hesablama Palatasının rəyinə təsir göstərə bilməz: "Heydər müəllimin özü fizikdir. Bilir ki, təsir əks-təsirə bərabərdir" – deyə spiker mübahisəyə müdaxilə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB