Heydər Əsədov deputatlara hesabat verir

Heydər Əsədov deputatlara hesabat verir

Bu gün Milli Məclisinin (MM) növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının ötən ilin yekunları ilə bağlı hesabatı, İnzibati Xətalar, Cinayət məcəllələrinə, "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq. İclasda "İctimai iştirakçılıq haqqında" qanun layihəsi də ilk dəfə olaraq müzakirəyə çıxarılacaq. Bununla yanaşı, "Diplomatik xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də iclasın gündəliyinə salınan məsələlər sırasında yer alıb.

Qeyd edək ki, hazırda Hesablama Palatasının sədri Heydər Əsədov hesabatla çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə