Bakıda VII Beynəlxalq Layihə Olimpiadası keçirilir

Bakıda VII Beynəlxalq Layihə Olimpiadası keçirilir

Bu gün Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) başlayıb. SİA-nın məlumatına görə, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ Öyrətim" İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və digər şəxslər iştirak edirlər. Olimpiadanın keçirilməsində əsas məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirməkdir.

Qeyd edək ki, bu il VII "İnepo Avrasiya" Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə