Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2 saylı Bakı "ASAN xidmət" mərkəzinə (Xətai rayonu) və Sumqayıt "ASAN Xidmət" mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. SİA xəbər verir ki, CV-lərin qəbulu 2013-cü il 5-20 aprel tarixləri arasında həyata keçiriləcək. CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə "Könüllü" sözünü qeyd edin.
Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi diplomlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB