Bu gün Qarabağ QHT Koalisiyasının nümayəndə heyəti, Avropa Şurasının Minsk qrupunun üzvlərindən biri olan ABŞ-ın Bakıdakı Səfirliyində görüş keçirib. Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Qarabağ QHT Koalisiyasının baş katibi yazıçı publisist Faiq İsmayılov, təşkilatın xarici məsələlər üzrə katibi Rada Abbas iştirak ediblər. Nümayəndə heyətini Qarabağ məsələləri üzrə Amerika səfirinin birinci Katibi Rayan T.Kembel qəbul edib.
Görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində Minsk Qrupu ölkələri həmsədirlərinin danışıqlarda yarıtmaz mövqeləri və Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində planlı şəkildə törətdikləri vandal hərəkətləri müzakirə olunub.
Söhbət zamanı Koalisiya üzvləri işğal olunmuş Azərbaycan ərazilərində Suriya və İraqdan olan erməni əsilli ailələrin suni məskunlaşdırılmasından, kütləvi şəkildə erməni kilsələrinin və momerial komplekslərin tikintisindən, eləcə də suni xaçdaşı qəbrstanlıqlarının yaradılmasından narazılıqlarını və narahatlıqlarını səfirliyin nümayəndəsinin diqqətinə çatdırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB