“İşıqlı həyat” layihəsinə start verilib

“İşıqlı həyat” layihəsinə start verilib

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbayacanda ilk dəfə olaraq "İşıqlı həyat" layihəsi həyata keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, layihənin birinci hissəsi 1-20 aprel tarixlərində Bakı şəhərində keçiriləcək. Layihənin tərtib edilməsində əsas məqsəd respublikda nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmaların qarşısının alınmasıdır.

Layihə çərçivəsində il ərzində davam edəcək maarifləndirici tədbirlərin həyata keçirilməsi ilə yanaşı "İşıqlı həyat" adlı teatr tamaşasının səhnələşdirilməsi, Azərbaycanın tarixini və mili mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı aksessuarların yeniyetmə və gənclər arasında paylanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə