Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Göyşaban kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak ediblər.
Lənkəran ŞİH başçısının Göyşaban inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid İbrahimov əraziyə daxil olan Göyşaban və Ürgə kəndlərinin sakinləri, onların məşğuliyyəti, ərazidə mövcud olan bir sıra problemləri İcra başçısının diqqətinə çatdırıb.
Göyşaban bələdiyyəsinin sədri Abdulla Fəttayev ərazidə görülən abadlıq və səliqə-səhman işləri haqqında məlumat verib.
Sonra ayrı-ayrı kənd sakinlərindən "Ambu" k/f təsərrüfatının rəhbəri Şəyyar Abdullayev, torpaq mülkiyyətçisi Mahir Əkbərov, sahibkar Fərhad Mirzəyev, dini icmanın sədri Mərafət Musayev çıxış edərək ötən ilin may ayında İcra başçısının Göyşabanda keçirdiyi səyyar qəbul-görüşdən sonra qaldırılan təkliflərin əksəriyyətinin icra edildiyini, əraziyə təbii qaz xəttinin çəkilişinin başa çatdırıldığını söylədilər, qarşıdan gələn prezident seçkilərində hamılıqla dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə vurğulayıb, sonda bir sıra təkliflər irəli sürüblər.
Sonra ayrı-ayrı şakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət ediblər.
Görüşü Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq bildirib ki, ötən görüşdə əhali tərəfindən irəli sürülən təkliflərin böyük əksəriyyəti icra edilib. Digər məsələlər, o cümlədən bu gün də qaldırılan təkliflər vaxtaşırı öz həllini tapacaqdır. Ərazidə təbii qazın açılış mərasimi mayın 10-da - Ulu Öndərin 90 illik yubileyi günündə həyata keçiriləcək.
İcra başçısı çıxışında həmçinin Azərbaycanın çox sürətlə inkişaf etdiyini, cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın güclü dövlətlər sırasında adının çəkildiyini, dövlətimizin büdcəsinin sosial yönümlü olduğunu, əhaliyə ünvanlı sosial yardımların verildiyini, pensiyaların, əmək haqlarının daim artırıldığını və Azərbaycan dövlət başçısının yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyətin nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, dünyanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığını, həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə təsirli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Taleh Qaraşov daha sonra qeyd edibi ki, ölkədəki bu dirçəliş Lənkəran rayonunun timsalında aydın görünür. Cənab Prezidentin diqqət və qayğısı sayəsində Lənkəranın ənənəvi bitkiçilk sahələrinin inkişaf etdiyini, şəhər və kəndlərimizin hər gün nə qədər müasirləşdiyinin şahidi oluruq.
İcra başçısı sonda, lənkəranlıların Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da öz töhfələrini verəcəyini əminliklə söyləyib, hamını cənab Prezidentin ətrafında sıx birləşməyə çağırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB