Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva, Rəbiyyət Aslanova və Etibar Hüseynov səfər çərçivəsində Özbəkistan parlamentində - Ali Məclisində olublar. SİA-nın verdiyi məlumata görə, onlar Özbəkistan Ali Məclisinin müvafiq komitələrindən birinin sədri Məhəmmədyusif Teşabayev və həmin şəxsin rəhbəri olduğu komitənin üzvləri ilə görüşüblər.
Maraqlı müzakirələrlə keçən görüş və özbək həmkarları ilə fikir mübadiləsi zamanı Özbəkistan-Azərbaycan əlaqələrinə, hər iki qardaş-dost ölkənin ali qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və digər məsələlərə geniş şəkildə toxunulub və hər iki tərəf bu əlaqələrin, münasibətlərin səviyyəsindən razılıqlarını və onun daha da genişləndirilməsinin vacibliyini ifadə ediblər. Eyni zamanda, bu əlaqələrin, dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin bundan sonra daha da genişləndirilməsi, sürətləndirilməsi məsələsi məqsədəuyğun hesab edilib. Qardaş ölkə Özbəkistanın bu gün işğalçı və təcavüzkar Ermənistanla heç bir diplomatik münasibətlər qurmayan 3 ölkədən biri olduğunu, hər zaman Qarabağ məsələsində Azərbaycanın birmənalı haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulanıb və Özbəkistan dövləti və xalqının bu addımının Azərbaycanda çox yüksən qarşılandığı vurğulanıb. Daglıq Qaradağ münaqişəsi ilə bağlı fikir mübadiləsinin də aparıldığı görüş zamanı bunun çox mühüm, önəmli, olduqca təqdirəlayiq məqam olduğu Azərbaycan heyəti tərəfindən xüsusi vurğulanıb. Özbəkistan-Azərbaycan əlaqələrinin bundan sonra da gücləndirilməsi ,hər iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sonra millət vəkilləri Özbəkistan parlamenti və onun işi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB