"Gələn həftə dövlət qulluğuna yeni müsabiqələr və müsahibələr elan olunacaq. Sonuncu müsabiqə ilə bağlı müsahibə bölməsi başa çatmaq üzrədir, aprelin 20-dək müsahibələr yekunlaşacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib.
Onun sözlərinə görə, komissiyanın perspektiv planlarında regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi var: "Regionlarda test imtahanlarının keçirilməsi üçün ilk növbədə orada müvafiq bina, texniki təminat olmalıdır. Bizim regional bölmələrimiz yoxdur. Gələcəkdə regional şöbələri olan müəyyən nazirliklərlə birgə onların binalarında keçirilə bilər".
Misirov onu da qeyd edib ki, hazırda imtahanlar Bakıda keçirilir və 2,5 saat imtahan verən şəxs imtahandan dərhal sonra nəticələrini əldə edə bilir: "Test intahanlarının və müsahibələrin nəticələri isə dərhal saytda yerləşdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB