“İnternet Jurnalistika Klubu” layihəsi Avrasiya Universitetində FOTO
Azərbaycan Maarifçi Gənclər Təşkilatı "İnternet Jurnalistika Klubu" layihəsi çərçivəsində tele-jurnalist Günay Malikqızı gənc jurnalistlərə İnternet jurnalistika anlayışı, onun ənənəvi jurnalistikadan fərqi, müasir dövrdə İnternet xəbər portallarının inkişafını şərtləndirən amillər, İnternet xəbər portalının işinin təşkili, portalda "ciddi" və "sarı" xəbərin mütənasibliyi kimi məsələrə dair təlim keçir.
SİA-nın məlumatına görə, növbəti dəfə təlimlər Bakı Avrasiya Universitetinin 4-cü kurs jurnalistika fakultəsi tələbələri arasında aparılıb. Maraqlı diskussiyalar fonunda keçən təlimlərdə eyni zamanda gənc jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, 160 nəfərə yaxın gəncin iştirak etdiyi təlimlər davam edir. İyunun 1-nə kimi davam edəcək təlimlər 240 nəfəri əhatə edəcək.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB