"Vakant dövlət qulluğu vəzifələrini tutmaq istəyən namizədlərin çoxu regionlardan daha çox mərkəzi icra aparatı orqanlarındakı vəzifələri seçirlər. Buna səbəb regionlardakı vakant vəzifələrdə maaşların aşağı olmasıdır". SİA-nın xəbərinə görə, bunu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.
Onun sözlərinə görə, dövlət qurumlarının regional bölmələrində müsabiqə vəziyyəti o qədər də böyük olmur: "Daha gərgin müsabiqə vəziyyəti mərkəzi aparatlarda yaranır və daha çox şəxs də məhz mərkəzi aparatlara işə düzəlir. Bakıda işləmək istəyənlərin sayı regionlarda işləmək istəyənlərin sayından çoxdur. Mərkəzi aparatlarda olan vəzifələrin maaşları da regionlarda olan vəzifələrin maaşlarından 2-3 dəfə çoxdur. Əsas amillərdən biri də budur. Amma regionlarda da kifayət qədər vakant vəzifələr tutulur".
V.Misirov deyib ki, Komissiyanın fəaliyyəti dövründə 40 minə yaxın namizəd imtahanlarda iştirak edib, 3 minə yaxın şəxs dövlət qulluğunda işə qəbul olunub. Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Maliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri kimi böyük struktura malik dövlət qurumlarına daha çox şəxs vəzifəyə təyin olunub, çünki həmin qurumlar daha çox vakant vəzifə təqdim edirlər.
Dövlət orqanlarında işə düzələn 3 minə yaxın namizədin 80-85 faizi gənclərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB