Müəllim və həkimlərə “dövlət qulluqçusu” statusu veriləcək

Müəllim və həkimlərə “dövlət qulluqçusu” statusu veriləcək

"Müəllim və həkimlərə "dövlət qulluqçusu" statusunun verilməsi istiqamatində hazırlıq prosesi gedir. Həkim və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi də nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı konkret sənəd yoxdur: "Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Bu, Komissiyanın səlahiyyətində deyil. Nazirlər Kabineti və əlaqədar nazirliklər bununla bağlı qərar verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə