25 dərəcə isti olcaq

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə