Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş təqdimat keçirilib

Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş təqdimat keçirilib

Aprelin 3-də Heydər Əliyev Mərkəzində Ümummilli Lİderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoalbomların təqdimat mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Mərkəzin tədqiqat qrupu tərəfindən hazırlanmış albomlarda Heydər Əliyevin Vətən amalı konsepsiyasına əsaslanaraq onun hakimiyyətdə olduğu illərdə Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahəsində aparılan işləri və Lənkəran rayonuna səfərlərini əks etdirən fotolara xüsusi yer ayrılıb.

Təqdimatda Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva, fond müdiri Aygün İbrahimova və başqaları çıxışlarında bildiriblər ki, bu gün təqdim olunan hər bir albom Ümummilli Liderin həyatının Azərbaycan xalqının tarixi, müstəqilliyimizin, milli-mənlik şüurumuzun oyanış tarixi olduğunu təsdiqləyir. Bu nəhəng siyasətçinin şəxsiyyəti və titanik fəaliyyəti barədə tədqiqat işlərinin aparılması, onun gələcək nəsillərə çatdırılması azərbaycançılıq və dövlətçilik ənənələrinin qorunmasında böyük önəm daşıyır. Çıxışlarda o da vurğulanıb ki, hazırlanmış albomlar məktəblilərin, tələbə-gənclərin və rayon ictimaiyyətinin Ulu Öndərin irsinin, xüsusi ilə milli-mənəvi dəyərlərin – milli ideologiyanın təbliğində böyük vasitədir.

Qeyd edək ki,albomlarda yer almış fotolar Mərkəzin memorial muzeyinin ekspozisiyasında nümayiş olunmayan şəkillərdən ibarətdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə