AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, diplomat, ictimai xadim Elman Araslı ilə görüş keçirildi. SİA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva Elman Araslının keçdiyi zəngin həyat yolundan, onun elmi və diplomatik fəaliyyətindən söz açdı. Gövhər xanım E.Araslının ərəb ölkələrində müstəqil Azərbaycanın diplomatik nümayəndəliklərinin açılmasında mühüm rolundan danışdı. Diplomat-alimin kitablarından söz açan G.Baxşəliyeva, onun görkəmli alim, vaxtilə Şərqşünaslıq İnstitutuna rəhbərlik etmiş Həmid Araslının yadigarı olduğunu xatırlatdı.
Elman Araslı şərqşünas alimlərə özünün ərəb ölkələrindəki diplomatik fəaliyyətindən danışdı, o illərdəki xatirələrini söylədi. O, ilk olaraq, 1994-cü ildə Səudiyyə Ərəbistanında ölkəmizin ilk səfiri kimi fəaliyyətə başlamasından və bu vəzifədə çalışdığı 12 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafından söz açdı. E.Araslı daha sonra İordaniya və bir sıra digər ərəb ölkələrində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Həmin dövr xatirələrindən də söz açan E.Araslı, ərəb ölkələrində diplomatik fəaliyyətini əks etdirən kitabları Şərqşünaslıq İnstitutunun kitabxanasına və kollektivinə hədiyyə etdi. Sonda o, şərqşünas alimlərin suallarını cavablandırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB