ANAMA yeni təlimlərə başlayır

ANAMA yeni təlimlərə başlayır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yeni təlimlərə start verilir. SİA-nın bölgə müxbirinin məlumatına görə, ANAMA-nın Göygöl Regional Bazasında təşkil olunacaq təlimlər 4 aprel Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım gününə həsr olunub. Təlimlərdə bu dəfə orta məktəb müəllimləri iştirak edəcək. İki gün ərzində davam edəcək təlimlərdə təxminən 50-dən artıq pedaqoqun iştirakı nəzərdə tutulur. Gəncə və ətraf bölgələrlə yanaşı Naxçıvan, Tərtər və Füzuli rayonlarında da sözügedən treninqlərin təşkili nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə