Bakının Qaradağ rayonu ərazisində dənizin daxilində süni adalar üzərində salının "Xəzər adaları" şəhərində dünyanın ən böyük məscidi tikiləcək. SİA-nın məlumatına görə, bu barədə "Xəzər adaları" layihəsinin müəllifi, "Avesta Concern"nin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.
Qeyd edək ki, dünyanın ən böyük məscidi Pakistanın paytaxtı İslamabadda yerləşir. "The Shah Faisal Mosque" (Şah Faisal Məscidi) Ginessin Rekordlar Kitabına düşüb. Ənənəvi məscidlərdən fərqli olan "Şah Faisal" məscidi ərəb çadırları şəklində çox geniş ibadət yerinə və 4 minarəyə sahibdir. Məscidin 5000 kv/m sahəsi var və əsas ibadəd yerində 74 min nəfər, açıq ərazisində isə 200 min nəfər ibadət edə bilir. "Şah Faisal" məscidinin tikintisi 120 milyon ABŞ dollarına başa gəlib.

The Shah Faisal Mosque
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB