"Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün..."

"Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün..."

"Azərbaycan dövləti məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün daim zəruri addımlar atır". SİA-nın məlumatına görə, bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ötən gün Masazırda məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin istifadəyə verilməsi sosial siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman bu kateqoriyalı insanların şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində dayanır.

"Prezident İlham Əliyev bəyan edib ki, bizim siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin siyasətinin əsasını əhalinin rifah halının yüksəlməsi təşkil edir"- deyə, komitə sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə