“Eurovision” təmsilçimiz Avropada

Azərbaycanı "Eurovision-2013"də təmsil edəcək ifaçı Fərid Məmmədov Avropanın şəhərlərini gəzəcək.
“Eurovision” təmsilçimiz Avropada

Təmsilçimiz Avropa turuna çıxıb. Onun ilk ziyarət etdiyi şəhər isə Roma olub. Fərid Məmmədov İtaliyanın paytaxtı Romada çəkdirdiyi fotolarınını sosial şəbəkələrdə paylaşaraq yazıb: "Roma mənim üçün sehrli şəhərlərdən birdir. Həmişə burada olmaq istəyirdim. Amma burada olmaq mənim üçün istirahət deyil. Mən daha da yaxşı işləmək üçün buradan güc, ilham tapıram".

Onu da deyək ki, Fərid Məmmədovun Avropa turu davam edir və onun nöbəti gedəcəyi ölkə Yunanıstan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə