Bu gün Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Gənclər və idman naziri Azad Rəhimov tərəfindən vətəndaşların qəbulu keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ümumilikdə qəbulda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından 50-dən çox vətəndaş iştirak edib. Saat 11:00-dan başlanan qəbul gün əzrində fasiləsiz olaraq davam edib.
Qəbula gələn yerli sakinlər əsasən öz şəxsi problemlərini dilə gətirərək müxtəlif məsələlər üzrə kömək istəyiblər. Bununla yanaşıi, qəbula gələn gənclərin bir qismi müxtəlif ideya və təkliflər irəli sürüblər.
Müraciətlər daha çox yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılmasına kömək, süni örtüklü futbol meydançası, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka krediti, dövlət qulluğuna qəbul, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
Qeyd edək ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB