"İllik Qərbi Avrasiya üzrə Yol Xəritəsi İclası"

"İllik Qərbi Avrasiya üzrə Yol Xəritəsi İclası"

Aprelin 2-4-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ev sahibliyi etdiyi "İllik Qərbi Avrasiya üzrə Yol Xəritəsi İclası" keçirilir. SİA-nın xəbərinə görə, Qərbi Avrasiyada dabağa qabaqcıl nəzarət üzrə milli və beynəlxalq səylərin əlaqələndirilməsi üzrə regionlararası toplantı seminar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO) tərəfindən təşkil olunub, Heyvan Sağlamlığı Dünya Təşkilatı (BEB) və digər beynəlxalq tərəfdaşlarla birgə razılıq çərçivəsində keçirilir.

Tədbirdə Transsərhəd Heyvan Xəstəliklərinə qarşı Qabaqcıl Nəzarət Qlobal Çərçivəsinin (GF-TADs) region rəhbər komitəsinin əməkdaşları, FAO və BEB -in region nümayəndələri, regionun 14 ölkəsini təmsil edən 50 iştirakçı, beynəlxalq təşkilatlıardan və referens mərkəzlərdən dəvət edilmiş dabaq xəstəliyi üzrə ekspertlər iştirak edirlər.

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, iki gün davam edəcək seminar toplantının əsas məqsədi 2008-ci ildə Şiraz Toplantısında müəyyən edilmiş "Qərbi Avrasiya regionunun 2020-ci ilə kimi dabağın kliniki əlamətlərindən azad edilməsi" perspektivinə doğru Regional yol xəritəsi boyunca irəliləyişin nəzarətdən keçirilməsidir: "Qısa müddət ərzində vaksinasiya və digər profilaktika tədbirlərin planlaşdırılmasına kömək etmək, Qərbi Avrasiya dabaq virusunun ekosistemi daxilində dabaq xəstəliyinin dövr etməsi üzrə məlumatların planlaşdırılmasından ibarətdir".

Tədbirə 2012-2013-cü illərdə dabaq virusuna qarşı profilaktiki tədbirlərin daha yaxşı planlaşdırılması və qarşıdan gələn 1-2 ildə ünvanlanacaq beynəlxalq dəstəyin çatışmazlıqlarını müəyyən etmək və digər məsələlər üzrə müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə