Əli Hüseynli: “Yaşamaq hüququna dövlətin müdaxiləsi yolverilməzdir” AÇIQLAMA
"Ölüm cəzası demokratik və sivil ölkələrdə qəbul olunmayan cəza növüdür". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ demokratik ölkə olmaqla yanaşı həm də insan hüquqlarının tez-tez pozulmasına rast gəlinən yerdir: "Ölüm cəzası insan hüquqları ilə bir başa bağlı olan məsələdir. Bu baxımdan bir sıra beynəlxalıq təşkilatlar, ABŞ-da ölüm cəzasının mövcudluğu ilə bağlı mənfi rəylər verirlər. Bunu ona görə də bizim üçün hansısa bir model yoxdur. Azərbaycan üçün model insan hüquqlarını öz konstutsiyasında tətbiq edən ölkələrdir. Azərbaycanda ölüm cəzasının ləğv olunması hansısa beynəlxalq öhdəliklərin yerinə yetirməyimizlə bağlı olmayıb. Azərbaycanda son dəfə ölüm hökmü mərhum prezident Əbülfəz Elçibəyin və o zaman prezident səlahiyyətlərini qısa müddətdə icra edən və səlahiyyətlərindən sui-istifadə edən İsa Qəmbər tərəfindən tətbiq olunub. Bundan sonrakı mərhələdə ölüm hökmü ləğv olunub. Azərbaycanda ölüm cəzasının ləğvi təbii proses olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzası ləğv edilib. Xüsusi amansızlıqla törədiləın cinayətlər baş verdikdə ictimaiyyət yenidən ölüm cəzasının tətbiq olunması fikrinə qayıdır. Vurğulamaq istərdim ki, sivil hakimiyyətin rolu ondan ibarətdir ki, ictimai fikrin önündə getsin. Ulu öndər Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, o ictimai fikrin önündə idi. O, bu qərarı qəbul etdi və parlamanet onu dəstəklədi. Beləcə ictmai fikri öz arxasınca apara bildi. Artıq 20 ildir ki, Azərbaycanda ölüm cəzası mövcud deyil. Bu məsələyə məntiqli yanaşaraq onu deyə bilərəm ki, bu cür qərarlar qəbul edlərkən ictimai fikri mütləq şəkildə öyrənmək lazımdır. Artıq bizim konstutsiyamızda belə ölüm cəzasının tətbiqi ilə bağlı müddəa mövcud deyil. Ölüm cəzasının tətbiqi ilə bağlı elə bir hüquqi baza yaratmışıq ki, ayrı-ayrı siyasi xadimlərin ictimaiyyət nümayəndələrinin fikirləri ilə həll oluna bilməz. Mənim fikrimcə ölüm cəzasının tətbiq edilmısi elə insanı öldürmək deməkdir. Onunla cinayət törədən tərəf arasında heç bir fərq yoxdur. İctimaiyyətin diqqətinə onu çatdırmaq istrdim ki, bu cür fikirlər ona görə səslənir ki, biz ağır cinayət törətmiş şəxsləri ağır cəzalandırmaq istəyirik. Onlar həqiqətən ağır cəzaya məruz qalmalıdırlar. Amma ölüm cəzası ömürlük həbslə müqayisədə heç də ağır cəza deyil. Mən bir daha vurğulamaq istəyirəm ki, yaşamaq hüququna dövlətin hər hansı müdaxiləsi yol verilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB