Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

2013-ci ilin mart ayı ərzində 2,171,083 kv/m ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 822 PHS, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan SİA-ya verilən məlumata görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 220,458,894 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 679,435-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, minadan zərərçəkənlər 2013-ci ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə