Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-170, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 280 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 192 m3/s və ongünlük normanın 41 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 102 m3/s təşkil etmiş və ongünlük normanın 74 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 14 sm, Araz çayının Novruzlu məntəqəsində 22 sm artım, Bankədə 7 sm, Salyanda isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2012-ci il aprelin 01-də 625 sm), Şirvanda 208 sm (2012-ci il aprelin 01-də 533 sm ), Salyanda 146 sm (2012-ci il aprelin 01-də 463 sm ), Bankədə 196 sm (2012-ci il aprelin 01-də 328 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2012-ci il aprelin 01-də 365 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə