Azərbaycan prezidenti İlham Əliyev Yazıçılar Birliyinin üzvü, millət vəkili Aqil Abbasın "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) "Şöhrət" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, bu gün Aqil Abbasın 60 yaşı tamam olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB