DİN məlumat yayıb

Daxili İşlər Nazirliyi ilahiyyatçı Taleh Bağırov və onun sürücüsünün həbsi ilə bağlı məlumat yayıb. SİA-nın DİN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ğSabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə