Heydər Əliyev Mərkəzi və "Heydər Əliyev İrsini" Araşdırma Mərkəzi Lənkəran regional birosunun təşkilatçılığı ilə Mərkəzdə 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Xalqın tarixi dönəmi" movzusunda tədbir keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Dövlət Humanitar Kollecinin və Tibb Kollecinin tələbələrinin qatıldığı tədbirdə Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, "Heydər Əliyev İrsini" Araşdırma Mərkəzinin rəhbəri Sevinc Hüseynova və Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva tələbə gənclərə bütün tarixi dönəmlərdə erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri qanlı faciələr barədə məlumatlar veriblər.
Tədbirdə azərbaycanlıların soyqırımının Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə çox dəhşətli şəkildə həyata keçirilərək, dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyi, kəndlərin yandırıldığı, milli mədəniyyət abidələrinin məhv edildiyi vurğulanıb, bu qətliamın Lənkəranın Gərmətük, Mamusta, Sütəmurdov və başqa kəndlərində də qəddarlıqla həyata keçirilməsi faktları diqqətə çatdırılıb. Eyni zamanda milliətçi-separatçı ermənilərin Dağlıq Qarabağda yürütdükləri qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsi, minlərlə insanın şəhid olması faktı bir daha xatırlanıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB