Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.bu gün axşam saat 21:30 radələrində Bakı – Qazax yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
Samux rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Vüsal Məsum oğlu idarə etdiyi 51-BD- 705 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı maşınla Ucar şəhər sakini, 1988-ci il təvəllüdlü Kərimov Ruslan Aslan oğlunu vurub.
R. Kərimov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB