"Böyük Ermənistan" dövləti yaratmaq xülyasına düşən ermənilər 1918-ci ilin mart, aprel və may ayları ərzində Azərbaycanın bir sıra bölgələrində soyqırımları həyata keçirib. O zaman Quba qəzasında da məqsədli şəkildə kütləvi qırğınlar törədilib. 1918-cü ilin Quba soyqırımının nişanələri bu günədək gəlib çatıb.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımları zamanı Quba qəzasında 36 mindən çox dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib, 122 kənd və 26 məsçid dağıdılaraq yandırılıb, evlən talan edilib. Quba faciəsi ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım siyasətinin tərkib hissəsidir.
Azərbaycanın hər yerindən Quba soyqırımı məzarlığını yad edir.
Tarixi araşdırmalar və arxiv materialları əsasında müəyyən edilib ki, 1918-ci ilin yazında ermənilər Qubaya 3 dəfə hücum çəkib. Bolşevik bayrağı altında gələn Muradyan, 800 nəfərlik ordu ilə daşnakların xəbis niyyətini həyata keçirən David Gelovani bölgədə çoxlu qırğınlar törədib. Lakin onlar yerli əhalinin qəti müqaviməti ilə rastlaşaraq geri çəkilməyə məcbur olub. 3-cü dəfə top və pülemyot ilə silahlanan, 2 mindən artıq daşnak ordusuna rəhbərlik edən erməni Hamazasp Qubaya hücum çəkib. Təkcə Quba şəhərində 3 mindən çox dinc sakin qəddarcasına qətlə yetirilib, 105 ev yerlə-yeksan edilərək qarət olunub.Yaşı yüzü keçən Quba sakinləri həmin hadisələri dəhşətlə xatırlayırlar. Soyqırımı ilə əlaqədar Türkiyənin Qars vilayətindən gələn Qələndər Bayramlı keçən ildən Türkiyədən piyada səfərə çıxıb. 74 gün ərzində Quba Məzarlığına gəlib çıxa bilib. Azərbaycan və Türk bayraqları ilə özünə paltar geyən vətənpərvər bildirir ki, Ermənistan sərhədinədək gedib çıxıb. Ancaq Ermənistana onu buraxmayıblar. Ermənistan sərhədində ona atəş açıldığını bildirir.
Erməni vəhşiliyinin əyani nişanəsi olan kütləvi məzarlıq soyqırımı hadisəsindən 89 il sonra aşkarlanıb. Burada əksəriyyəti qadın, qoca və uşaq olan 600-dək insanın xüsusi işkəncələrlə qətlə yetirilərək torpağa gömüldüyü məlum oldu. Soyqırım məzarlığında aparılan tədqiqatlar erməni vəhşiliyinin iç üzünü bir daha aşkara çıxardı.
Emin Kerimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB