Xatirə Kompleksi may ayında istifadəyə veriləcək

Xatirə Kompleksi may ayında istifadəyə veriləcək

"Quba Soyqırımı məzarlığında soyqırıma məruz qalmış insanların sümüklərinin aşınmaya uğramasının qarşısını almaq üçün inşası davam edən "Quba Soyqırımı Memorial Xatirə Kompleksi" may ayının sonunda istifadəyə verilməlidir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının arxiologiya və etnoqrafiya institutunun elmi işçisi Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, germetik şüşədən hazırlanan Kompleksdə Soyqırıma məruz qalan insanların sümükləri vakkum şəraitində saxlanılacaq.

Hazırda məzarlıqdakı insan sümüklərinin hansı şəraitdə saxlanılması barədə məlumat verən Q. Ağayev bildirib ki, Soyqırımı məzarlığından 7000 sümük dərmanlanmaq məqsədilə nömrələnmiş şəkildə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verilib: "Bu sümüklər dərmanlandıqdan sonra yenidən Quba Soyqırımı məzarlığına geri qaytarılacaq. Lakin məzarlıqdan götürülməsi mümkün olmayan sümüklər də var ki, onlar elə yerindəcə dərmanlanacaqlar".

Quba Soyqırımı məzarlığının ümumi sahəsinin 514 kvadratmetr olduğunu deyən elmi işçi qeyd edib ki, bunun 494 kvadratmetri atrıq yerli tədqiqatçılar tərəfindən tədqiq olunub: "20 kvadratmetr isə beynəlxalq tədqiqatçılar tərəfindən tədqiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə