Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı martın 30-da İqtisadi İnkişaf Nazirliyi tərəfindən Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu ərazisində müxtəlif ağac və bəzək kolları əkib, ərazidə abadlıq işləri aparıblar. Yaşıllaşdırma aksiyası çərçivəsində poliqon ərazisində ümumilikdə 1000-ə yaxın ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq yaşıllaşdırma aksiyaları keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB