Nazir 2 ilin planını açıqladı

Nazir 2 ilin planını açıqladı

"May ayının sonundan başlayaraq Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib. Onun sözlərinə görə, hazırda prezident İlham Əliyevin tapşırığı ilə ictimai nəqliyyatda kart sisteminin tətbiqi üçün iş aparılır: "Prezidentin tapşırığına əsasən vahid kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də həyata keçirilməlidir. Bu istiqamətdə Türkiyənin müvafiq şirkətləri ilə birgə işlər aparırıq. May ayının sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub".

Nazir qeyd edib ki, "2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq və vətəndaşların istifadəsinə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə