Nəqliyyat naziri Ziya Məmmədov ölkə prezidentinin tapşırığı ilə bölgələrə edəcəyi səfərin vaxtını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamasıda nəqliyyat naziri Ziya Məmmədov deyib.
Onun sözlərinə görə, ilk görüş aprelin 12-də Qubada keçiriləcək: "Bəzən vətəndaşlar birbaşa mərkəzə gələ və müraciətlərini edə bilmirlər. Ona görə də yerlərdə belə görüşlərin keçirilməsi həm vətəndaşların, həm də məmurların ürəyincədir. Bu görüşlərdə problemlər dinləniləcək, obyektiv və subyektiv səbəblər müəyyənləşəndən sonra lazımi tədbirlər görüləcək".
Nazir deyib ki, görüşün Qubada keçirilməsinə baxmayaraq digər şimal bölgələrinin sakinləri də qəbula gələ bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB