“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları gələn il istifadəyə veriləcək

Tağı Əhmədov yubanmanın səbəblərini açıqladı
“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları gələn il istifadəyə veriləcək

"Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları gələn il istifadəyə veriləcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Onun sözlərinə görə, "Avtovağzal" və ""Memar Əcəmi-2" stansiyalarının bu il təhvil verilməsi nəzərdə tutulsa da, kommunikasiya problemləri və gecikmələrlə əlaqədar olaraq adı çəkilən stansiyaların gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

T.Əhmədov yeni stansiyaların tikintisi zamanı ərazidəki obyektlərin köçürülməsi ilə bağlı yaranmış çətinliklərə də münasibət bildirib: "Yeni stansiyaların tikintisi zamanı ərazidəki obyektlərin köçürülməsi bağlı çətinliklər yaranır. Yeni metro stansiyalarının tikintisi ilə əlaqədar köçürmələr həddindən artıq çoxdur. Metro tikintisi üçün boş yerlər yoxdur. Ona görə də istər-istəməz köçürmələr baş verir. Bununla əlaqədar insanlarla uzun müddət danışıqlar aparılır, işlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən metro cəmiyyət və respublikanın gələcəyi üçündür".

Bütün xəbərlər Facebook səhifəmizdə