Yol qovşağı nə vaxt istifadəyə veriləcək?

Yol qovşağı nə vaxt istifadəyə veriləcək?

"Şəfa" stadionunun yanında əvvəlcə piyada keçidinin tikilməsi nəzərdə tutulmuşdu. Sonra Prezidentin bu istiqamətdə tapşırığı oldu. Hazırda orada həm də yeni bir nəqliyyat qovşağı yaradılır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamda nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, gələn ildən başlayaraq nəqliyyat vasitələri Ziya Bünyadov prospektindan gəlib bu tuneldən keçərək Babək prospektinə çıxa biləcəklər: "Bu da Bakının nəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərəcək".

Bundan əlavə nazir bildirib ki, iyul ayında "Gənclik" metrostansiyasının yaxınlığında yeraltı yol qovşağının inşası tamamlanacaq: "Bakıda əvvəlcə bu qovşağın açılışı olacaq. Eyni zamanda, Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq. Bununla əlaqədar layihələndirmə işləri başa çatıb. Gələn ay ərzində praktiki işlərə başlanacaq. Alternativ prospekt "Gənclik" metrostansiyası istiqamətində yeni inşa edilən futbol standionunu əhatə edərək Zabrat yol qovşağına birləşdiriləcək. Bununla da həm Heydər Əliyev prospektinə, həm də Zabrat istiqamətinə birbaşa çıxış və girişə nail olunacaq. Bu da nisbətən şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində hərəkətin sıxlığının azalmasına, eyni zamanda, yeni prospektin yaranmasına gətirib çıxaracaq. Bu, çox qlobal bir layihədir. Bu yol üzərində eyni zamanda Keşlə dəmiryol stansiyası mövcuddur. Stansiyanın üzərindən 1 km 200 m-ə qədər uzunluğu olan yeni körpü inşa ediləcək. Eyni zamanda, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsini birləşdirən istiqamətdə tikilən stadionun arxasından keçmək şərti ilə yeni tunel inşa ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə