Ombudsman beynəlxalq seminar iştirak edəcək

Ombudsman beynəlxalq seminar iştirak edəcək

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova aprelin 3-dən 6-dək Tailandın paytaxtı Bankok şəhərində keçiriləcək beynəlxalq seminar və treninqdə iştirak edəcək. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Seminar Beynəlxalq Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlər Tailand Ombudsman İnstitutunun yaradılmasının 13-cü ildönümünə həsr olunub. Tədbir zamanı Avropa və Asiya ölkələrindən insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlərin, ombudsmanların və digər nümayəndələrin iştirak etdiyi beynəlxalq tədbirlərdə insan hüquqlarının müxtəlif aspektləri ilə bağlı mövzularda məruzələr dinləniləcək.

Seminar zamanı E.Süleymanova Azərbaycanda insan hüquqlarının təmin olunması və Ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verəcək. Səfər çərçivəsində xarici həmkarları ilə təcrübə və fikir mübadiləsi aparacaq, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə