Saatlarınızı irəli çəkməyi unutmayın!

Saatlarınızı irəli çəkməyi unutmayın!

31 martda saat 04:00-da ölkəmizdə saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə