"Azərbayacan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda Qubada beynəlxalaq elimi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans iştirakçısı olan 20-dək ölkənin tarixçiləri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı bütün dünya xalqlarının məlumatlandırmağı qərara alıblar.
Azərbaycan Milli Elimlər Akedemiyası Bakixanov adına Tarix İnistutunun təşkil etdiyi beynalxalaq elimi konfransda Avropa, Orta Asiya və Şərq ölkələrindən olan tarixçi alimlər, dövlət nümayəndələri, eləcə də Azərbaycanın elm xadimləri və millət vəkilləri iştirak edib. Konfransdan əvvəl Quba soyqrımı məzarlığı ziyarət olunub. Tarix institutunun direktoru Yaqub Mahmudov ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımları, o cümlədən 1918-ci ildə Qubada törətdiyi vəhşi qırğınlar barəsində məlumat verib və soyqırım məzarlığını erməni vandalizminin əyani sübutu kimi təqdim edib. Yaqub Mahmudov Azərbaycan tarixçilərinin xarici həmkarları ilə birlikdə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları barəsində yeni beynəlxalq nəşirlər hazırladığını da bildirib.
Soyqrımı nişanələri ilə tanış olan xarıci nümayəndələr bütün bu cinayətlərə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsi üçün azərbaycanlı həmikarlar ilə birgə faliyyəti artıracaqlarını deyiblər.
"Azərbayacan xalqına qarşı 1918-1920-ci illər soyqrımı" mövzusunda keçirilən beynəlxalaq elmi konfrans soyqırım qurbanlarının xatirəsinin yad edilməsi ilə başladı. İştirakçılara ermənlərin Qubada və Xocalıda törətdiyi soyqrımlarından bəhs edən filmlər nümayiş edildi. Çıxışlarda ermənlərin Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar barasində sənədli məlumatlar verildi.Konfrans materialları əsasında hazırlanacaq elmi nəşrlər dünya ölkələrinə yayılacaq.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB