Tədbir iştirakçıları əvvəlcə Qusarın mərkəzində Qanlı Dərədə qəhrəmanlıq göstərən Qusar və Quba sakinlərinin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoydular. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, müxtəlif dövrlərdə ermənilər azərbaycanlılara qarşı qanlı təcavüz ediblər. Lakin xalqımız sıx birləşərək düşmənə qarşı mübarizə aparıb.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiribər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdaraq yandırıblar. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşmaqla azərbaycanlıları öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmasına naiol olublar.
Daha sonra çıxış edən Qusar rayon prokuroru Zahid Vəliyev vurğulayıb ki, Azərbaycanda yaşayan azsaylı xalqlar da düşmənə qarşı mübarizədə geri çəkilməyib, digər soydaşlarımızla çiyin-çiyinə döyüşüblər. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınıblar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 85 il ötməsinə baxmayaraq, bu vəhşiliklər qusarlıların qan yaddaşında əbədi iz buraxıb. Qeyd edilib ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin borcu vətənə sədaqətlə xidmət etməkdir.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB