Avropada meydana gələn və günlərlə müzakirə mövzusu olan at əti qalmaqalından sonra Cənubi Afrikada növbəti, tükürpərdici ət qalmaqalı baş verib. Xarici mətbuatda yayılan xəbərə görə, bu ölkədə aparılan araşdırmalarda bəzi sosis markalarında və hazır farşlarda insan ətinin DNT-si aşkarlanıb. Stellenbosch Universitetinin apardığı araşdırmaların nəticələri Avropanın "Food Control" dərgisində nəşr olunub. Araşdırmaçılar sosis və mal əti farşlarında eşşək, bizon və dağ keçisi əti tapıldığını bildirib. Ət məhsullarında insan DNT-si tapılması isə araşdırmaçıları dəhşətə gətirib. Araşdırmaçılar bunun mənasının nə olduğunu bilmədiklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB