YAP Qaradağ Rayon Təşkilatı Gənclər Birliyi 31 Mart Azərbaycanlılarının Soyqırımı ilə bağlı tədbir keçirdi
YAP Qaradağ Rayon Təşkilatının Qərargahında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tarix boyu Azərbaycan xalqının başına gətirilən bəlalardan bəhs edərək bədnam qonşularımız olan ermənilərin xalqımıza qarşı təşkil etdiyi soyqırım siyasətinin mahiyyəti barəsində gənclərə ətraflı məlumat verib.
Qeyd edib ki, xalqımız həmişə öz mövcudluğunu qoruyub saxlamaq, milli kimliyini isbat etmək üçün bütün dövrlərdə azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. Məhz 1918-ci ilin mart soyqırımı da xalqımızın milli mübarizə əzmini qırmağa yənəldiyini söyləyən A.Hüseynov Azərbaycanlılara qarşı ermənilər tərəfindən məkirli və məqsədli şəkildə həyata keçirilən soyqırım siyasətinin əsasında "böyük ermənistan" dövləti yaratmaq niyyətinin dayandığını vurğulayıb.
Təşkilat sədri 1992-ci ildə Xocalıda baş vermiş soyqırımı siyasətinin əsasında da Azərbaycan xalqının milli mübarizə əzmini qırmağa hesablanmış olan bir terror niyyətinin dayandığını önə çəkib. A.Hüseynov tarixin bütün qovğalarından üzü ağ çıxmış xalqımızın bu gün müstəqil və güclü bir dövlətət sahib olduğunu YAP gənclərinin diqqətinə çatdırıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi siyasi qiymət verilən 31 mart Azərbaycanlıların soyqırımı xalqımızın tarixinə olan qiymətin bariz nümunəsi kimi dəyərləndirilir. Bu Gün əsası ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş güclü Azərbaycan dövləti cənab Prezident İlham Əliyev tərəfindən günü gündən daha da öz imkanlarını və mövqelərini möhkəmləndirir.
YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Tapdıq Qurbanlı çıxışında Azərbaycan xalqının 20-cə əsrin əvvəllərində başına gətirilən bəlalardan bəhs edib. T.Qurbanlı Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin üzvü Ramiz Yusubov da ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqirimı siyasətindən bəhs edib. Bildirib ki, yetişməkdə olan nəsil xalqımıza qarşı bu cür cinayətlər həyata keçirmiş qonşularımızızn əsa mahiyyətini açıq şəkildə dərk etməlidir.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılovda çıxışında xalqımızın başına gətirilən bəlalardan bəhs edərək, müasir gəncliyin bu tarixlə bağlı ətraflı məlumatlandırılması üçün görülən işlərdən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB