“İnformasiya azadlığının təmin edilməsi” mövzusunda treninq keçirilib
Dövlət Statistika Komitəsində (DSK) "İnformasiya azadlığının təmin edilməsi" mövzusunda treninq keçirilib. DSK-dan verilən məlumata görə, treninq "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Milli Fəaliyyət Planı"nın 1.2 bəndinin 2013-cü ildə icrası nəzərdə tutulan "İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə Dövlət Statistika Komitəsində məsul dövlət qulluqçuları üçün treninqlərin keçirilməsi" tədbiri ilə bağlı təşkil edilib.
Dövlət Statistika Komitəsinin Tədris Mərkəzi tərəfindən dəvət olunmuş nümayəndə Sara Ağayeva mövzu ilə bağlı təqdimatla çıxış edib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları məruzəçi tərəfindən cavablandırılıb.
Treninqdə 35 nəfər iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB