Gənclər təşkilatının üzvləri "PR mən" oldu

Gənclər təşkilatının üzvləri "PR mən" oldu

PR (İctimaiyyətlə Əlaqələr) üzrə mütəxəssis Vüqar Babanın "Gənclərin Töhfəsi" İctimai Birliyi üçün keçdiyi "PR mənlik" təlimləri yekunlaşıb. İctimai Brilikdən SİA-ya verilən məlumata görə, iki həftə davam edən "PR mənlik" təliminin sonunda - martın 28-də təşkilatın üzvləri testdən keçdikdən sonra sertifikatlarla təltif ediliblər.

Test tapşırığında təlim müddəti boyunca keçirilən mövzularda suallar qoyulub və sertifikatlar yalnız bu tapşırığın sonunda tələb olunan nəticəni keçənlərə təqdim ediləcəkdi. Testin nəticələrinə görə isə məlum oldu ki, kursun bütün iştirakçıları keçirilən təlimi yetəri qədər mənimsəyib və beləliklə, "Gənclərin Töhfəsi" ictimai birliyinin bütün üzvlərinə sertifikatlar verildi. "PR mənlik" kursundan keçdikləri üçün iştirakçıların hər biri "PR mən" elan olundu.

Təlim zamanı PR nədir? Müasir PR-ın tarixi, PR-ın istiqmətləri, qara PR, qurumların PR işinin 0-dan qurulması mövzularında nəzəri və praktiki əsaslar haqda biliklər verilib.

"Gənclərin Töhfəsi" İctimai Birliyi 2009-cu ildə təsis edilib. Yarandığı gündən əsasən gənclərin maarifləndirilməsi istiqamətində işlər aparır.

Təlimçi Vüqar Baba isə bir neçə Azərbaycan şirkətində PR menecer kimi çalışıb. Hazırda "Çudo Peçka" şirkətinin PR şöbəsinin direktorudur. Paralel olaraq müstəqil PR məsləhətçi kimi bir neçə qurum və şəxsə öz tövsiyyələrini verir.

Bütün xəbərlər Facebook səhifəmizdə