Yağış sabah da davam edəcək

Sabah hava şəraitinin buludlu olacağı, 29-dan 30-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər qərb, gündüz isə şərq rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə